Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər həyata keçirilib

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər həyata keçirilib

Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə 10 dekabr 2021-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş silsilə tədbirlər həyata keçirilib.

İlk olaraq, Bakı Gənclər Mərkəzi rəhbərliyi və əməkdaşları tərəfindən Ulu Öndərin abidəsinin önünə gül dəstələri düzülüb.

Daha sonra Sabunçu rayonu məktəb, kollec şagirdləri üçün Heydər Əliyev Muzeyinə infotur təşkil olunub və şagirdlərə Ümummilli liderin həyat yolun, siyasi fəaliyyəti və yaradıcılığı haqqında məlumat verilib.

Daha sonra kinozalda dahi Öndərin həyat və yaradıcılığından bəhs edən film nümayiş olunub. Filmin sonunda istedadlı şagirdlər şeirlər səsləndiriblər.

Silsilə tədbirlər çərçivəsində məktəblilər arasında Nə? Harada? Nə zaman? intellektual yarış keçirilib.

İntellektual yarışın məqsədi, Azərbaycan xalqının taleyində silinməz izlər qoymuş Ulu öndər Heydər Əliyevin siyasi kursu ilə tanışlıq, görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıq  haqqında maariflənməkdir.

Yarışın sonunda qalib komanda təltif edilib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir