Minatəmizləyən robotların alınması üçün danışıqlar gedir
Azad olunmuş ərazilərdə minaların təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyətini davam etdirir.
“İNFONEWS” xəbər verir ki, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
O bildirib ki, Azərbaycanın azad olunmuş ərazilərindəki minaların təmizlənməsi bir günlük iş deyil.
“Verilən xəritələr düzgün xəritələr deyil. Xəritələr düzgün verilmədiyindən də bu ərazilərdə minaların təmizlənməsi çətindir. Artıq ərazilər təmizlənir. Prezident İlham Əliyevin göstərişi ilə minatəmizləyən alay yaratmışıq. Minatəmizləyən robotlar alınmaq üzrədir. Bu barədə danışıqlar gedir.
Xüsusi təlim itləri hazırlanır. Bu ərazilər təmizlənmədən sonra infrastruktur qurulacaq, kənd təsərrüfatının inkişafı üçün şərait yaradılır. Ərazilərdə infrastruktur qurulandan sonra əhalinin təhlükəsiz yaşayışı təmin ediləcək”, – nazir deyib.