Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq.

Milli Hidrometeorologiya Xidmətidən “İNFONEWS”-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Abşeron yarımadasında gecə 6-8° isti, gündüz 10-13° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 758 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Dekabrın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-7° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir