Kişilərin evdən getməsinin 4 səbəbi. Psixoloqlardan AÇIQLAMA
Boşanmalara əksər hallarda təşəbbüs kişilər tərəfindən gəlir. Kişiləri bu addımı atmağa nə vadar edir?
Psixoloqlardan bu məsələyə aydınlıq gətirilib.
“İNFONEWS” kişiləri evdən getməyə, boşanmağa vadar edən 4 səbəbi təqdim edirik:
Kişilər evdə onlara dəyər verilmədiyini hiss edəndə
“Kişilər xanımlarına yardım göstərməyi, onlara müraciət olunanda ev işlərində belə köməklik etməyi sevirlər. Müşahidələrə görə, hər bir kişiyə onun evdə varlığını, ailədə faydalılığını duymaq olduqca vacibdir. Lakin ər bunu hiss etməyəndə, onun gördüyü işlər arvadı tərəfindən qiymətləndirilməyəndə narazılıqların ilkin təməli qoyulmuş olur.” – deyə, psixoloq Aleksandra Solomon söyləyir.
Kişilər arvadları ilə ev xərclərini razılaşdıra bilməyəndə
“Ailə psixoloqlarına müraciət edən əksər kişilər xanımlarının maliyyə qərarları ilə razılaşmadıqarını, xüsusilə, ailədə kişinin yeganə işləyən olduğu zaman bu zəmində davamlı münaqişələrin yarandığını bildirirlər.” – bunu nyu-yorklu psixoterapevt Dayana Bart vurğulayıb.
Xəyanətlə üzləşəndə
Psixoterapevt Antonio Borello isə əmindir ki, ailədə sədaqətsizlik aysberqin yalnız görsənən hissəsidir. “Kişi nigahını xəyanət üzündən pozursa, bunun əsl səbəb olmasını demək çox çətindi, çünki xəyanətin özünün qeyri-müəyyənliyi, yaxud da ər-arvad münasibətlərinin hansı səviyyədə olması müammalı olaraq qalır. Nigahdan kənar münasibətlər xoşbəxt ailələrdə ola bilər ki…” – deyə, qeyd edib.
Ortaq heç nə qalmayanda
Bəli, müasir dövrdə ən çox rastlaşdığımız hallardan biri də məhz budur. “Kişilərdən tez-tez eşitdiyim: “Bizim ortaq heç bir marağımız artıq yoxdur.”- ifadəsidir. Məsələn, o məzuniyyətini adalarda, dənizdə, arvadı isə Parisin ən möhtəşəm otellərindən birində keçirmək arzulayır. Kənardan adi, bəsit bir şey kimi görsənsə də, bu mənasız olaya ailə daxilindən baxılanda isə artıq eyni dalğada olmadıqları, qarşılıqlı hörməti bitməsi hiss edilir.” -deyə, Dayana Bart qeyd edib.
Əvvəlcə, qadınlara və kişilərə davaların, söz-səhbətlərin əsl səbəbləri izah edilirdi. Və…psixoloqların məlumatına görə, əsl səbəb anlaşılmazlıqlar üzərindən başlayır. Ekspertlərin dediyinə əsasən, qadınlar kişiləri çox vaxt yalan danışmaqda günahlandırır, hətta onları yalan danışmağa təşviq edirlər ki, əslində həqiqəti eşitməyə hazır olmurla, heç sevmirlər də. Məsələn, arvadı ərinə “Mən kökəlmişəm?” sualını verəndə həqiqəti eşitməyi nə dərəcə istəyir…”- deyə, psixoloqlar izah edirlər.