Moskvada erməni prodüserin bıçaqladığı stomatoloq vəfat edib

Moskvada erməni prodüserin bıçaqladığı stomatoloq vəfat edib

“İNFONEWS” AZƏRTAC -a istinadən xəbər verir.

Moskvada erməni əsilli prodüser Murad Ohanesyanın bıçaqla xəsarət yetirdiyi stomatoloq Camal Odilov vəfat edib.

Bu barədə Moskva prokurorluğu məlumat yayıb.

“Paradiz” prodüser mərkəzində işləyən Murad Ohanesyan dekabrın 13-də özəl klinikalardan birinə gələrək burada çalışan həkim Camal Odilova bıçaqla xəsarətlər yetirib. Onun klinikada bir müddət əvvəl müalicə olunduğu və dekabrın 13-də yenidən klinikaya gələrək həkimə xəsarət yetirdiyi bildirilir.

KİV-lərin məlumatına görə, M.Ohanesyan əslən Daşkənddən olan diş həkimi Camal Odilovun azərbaycanlı olduğunu zənn edərək ona xəsarət yetirib.

Hadisədən dərhal sonra xəstəxanaya yerləşdirilən 40 yaşlı stomatoloq dekabrın 17-də vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir