“BDU Könüllüləri” Biznes marafonunda iştirak ediblər
“İNFONEWS” xəbər verir.
Bakı Dövlət Universitetində “BDU Könüllüləri”nin və Coğrafiya fakültəsinin birgə təşkilatçılığı ilə “Panda School“ brendinin təsisçisi,“Dadashsoy Business School”un rəhbəri, biznes təlimçi Elvin Dadaşsoyun təqdimatında Biznes marafonu keçirilib.
Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, tədbirdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Biznes qurmadan öncə öyrənilməsi vacib olan məqamlar ətrafında fikir mübadiləsi aparılıb.
Sonra tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.