İranlı səfir Həsən İrlou COVİD-19-dan dünyasını dəyişib
“İNFONEWS” xəbər verir.
İranın Yəməndəki səfiri Həsən İrlou COVİD-19-dan dünyasını dəyişib.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, ötən həftə iranlı diplomatın COVİD-19 testi müsbət çıxıb:
“İrlou işgüzar səfəri zamanı koronavirusa yoluxub və bəzi ölkələrin gecikmiş əməkdaşlığı səbəbindən təəssüf ki, o ölkəyə ağır vəziyyətdə gətirilib. Baxmayaraq ki, onun müalicəsi üçün bütün tədbirlər görülüb lakin o, bu gün səhər saatlarında dünyasını dəyişib”.
Qeyd edək ki, dekabrın 19-da İran mediası Səna şəhərində diplomatik missiyasını yerinə yetirən səfirin Səudiyyə Ərəbistanının razılığı ilə təxliyə olunduğunu yazıb.