“Biz tələbə inşaat dəstələri yaratmalıyıq” – Aqil Abbasdan TƏKLİF
“İNFONEWS” “Adalet.az” -a istinadən xəbər verir.
“Gənclərimiz Qarabağda qazi olub, indi də o tikintidə iştirak edə bilərlər”
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Azərbaycan gəncləri gedib Qarabağda işləməlidir.
“Bu, 10 minə qədər işçi qüvvəsi deməkdir. Azərbaycan gənci Qarabağda döyüşüb, qazi olub, şəhid olub. Bu gənclər indi də o tikinti işlərində iştirak edə bilərlər. Bütün tələbələr oraya könüllü gedib, o işlərdə iştirak edə bilər. Onlar pul da istəməyəcəklər”.