“Omikron” ştammında ürəkbulanma, qusma kimi hallara rast gəlinir
“Omikron” ştammında ürəkbulanma, qusma kimi hallara rast gəlinir.
“İNFONEWS” xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqi zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib.
O qeyd edib ki, koronovirus xəstəliyinin simptomları respirator infeksiyaların simptomları ilə oxşar olur. Lakin hal-hazırda sırf “omikron” ştammına xas olan simptomlar barədə araşdırmalar aparılmayıb.