Dekabr ayı üzrə bütün sosial ödənişlər başa çatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımı tam ödənilməklə yekunlaşdırılıb.
Nazirlikdən “İNFONEWS”-a verilən məlumata görə, belə ki, dekabrın 8-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyalar, dekabrın 15-də güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin pensiyaları, dekabrın 24-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımları tam ödənilib.