2.1 milyon insanın sosial ödənişi artacaq
2022-ci il üçün əsas hədəflərdə biri qeyd edilən növbəti islahat paketi üzrə gələn ilin əvvəlindən 2.1 milyon insanın sosial ödənişlərində artımların təmin edilməsidir.
“İNFONEWS”-un məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində qeyd olunub.
Nazir bildirib ki, ilin əvvəlindən ineksasiya əsasında pensiyaların artırılmasıda gözlənilir.
“Bu ilin 11 ayında məşğulluq orqanları tərəfindən daha 74.2 min nəfər işlə təmin edildi həmçinin 56 min insan ictimai işlər proqramı çərçivəsində fəaliyyət göstərdi. Gələn il aktiv məşğulluq proqramları daha da genişlənəcək. Bu günlərdə nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ISO beynəlxalq sertifikatı aldı və ölkəmizdə ilk ISO sertifikatlı peşə hazırlığı müəssisəsi oldu. Artıq yeni ildə bu standart üzrə peşə hazırlığı təşkil ediləcək. Bu da əmək bazarına daha ixtisaslı işçi qüvvəsi gətirməyə imkan verəcək”, – deyə S.Babayev vurğulayıb.