Dünyada koronavirusa yoluxanların sayı 84 milyonu keçib

Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 84 milyon nəfəri ötüb.

İNFONEWS Trend-ə istinadən bildirir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 84 084 024 nəfərə çatıb. Onlardan 1 829 683 nəfəri ölüb, 47 420 286 nəfəri isə sağalıb.news.az

Bildirilir ki, ən çox yoluxma halları ABŞ-da (20 138 931), Hindistanda (10 305 788) və Braziliyada (7 700 578) qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir