Növbəti 3 günün hava proqnozu açıqlandı

Yaxın 3 gün ərzində ölkə ərazisində mülayim hava şəraitinin davam edəcəyi gözlənilir. Bu barədə İNFONEWS – ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. 

Bildirilib ki, əsasən yağmursuz hava şəraiti olacaq. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman gözlənilir. 5-10 m/s qərb küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyə qədər isti, gündüz 10 dərəcəyə yaxın isti olacaq. Dağlıq rayonlarda gecə 5-7 dərəcə şaxta, gündüz isə 3-8 dərəcəyə qədər isti gözlənilir.

Bakı və Abşeron yarımadasında yanvarın 3-dən 4-nə keçən gecə bəzi yerlərdə çiskin olacaq, 5-10 m/s şimal-qərb küləyi əsəcək. Temperatur səhər saatlarında 5, axşama yaxın isə 10 dərəcə isti olacaq.

Qubadlı, Laçın, Şuşa, Kəlbəcər, Xocavənd, Xankəndi, Xocalı, Zəngilan rayonlarında hava yağmursuz keçəcək. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 m/s, bəzən 15 m/s olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyə yaxın şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir