Tarix Muzeyinin musiqi kolleksiyası zənginləşir
“İNFONEWS” xəbər verir.
Xalq artisti, bəstəkar Tofiq Bakıxanov öz təşəbbüsü ilə şəxsi musiqi alətlərini AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verib.
Bu barədə muzeydən məlumat verilib. Bildirilib ki, bəstəkar T.Bakıxanovun şəxsi əşyaları muzeyin Hədiyyələr və xatirə əşyaları fonduna daxil edilib.
Xatırladaq ki, ötən il də bəstəkar bəzi şəxsi materiallarını muzeyə təhvil vermişdi.