Həbs edilmiş sabiq icra başçının son vəziyyəti AÇIQLANDI

Həbs edilmiş sabiq icra başçının son vəziyyəti AÇIQLANDI

“İNFONEWS” xəbər verir.

Biləsuvar Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı, koronavirus infeksiyasına yoluxan Mahir Quliyevin tənəffüsü tam bərpa olunub.

Bu barədə Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, hazırda M.Quliyev COVID-19 sonrası reabilitasiya məqsədilə mülki xəstəxanada müalicəyə cəlb olunub.

“Artıq tənəffüsü tam bərpa olunub, süni nəfəs aparatından ayrılıb və reabilitasiya üçün başqa xəstəxanaya köçürülüb. Sabiq icra başçısının vəziyyəti kafi hesab olunur və hazırda COVID-19 sonrası reabilitasiya mərhələsi davam edir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, M.Quliyev ötən il aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.

İstintaq orqanı tərəfindən Mahir Quliyevin barəsində Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir