“İxtisas.az” –dan abituriyentlər üçün “Mentor təlimləri” -YENİ

“İxtisas.az” –dan abituriyentlər üçün “Mentor təlimləri” -YENİ

 

 

“İNFONEWS” xəbər verir.

“İxtisas.az” layihəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə “Mentor təlimləri”nə start verir.

Təlimlərin məqsədi abituriyentləri ixtisaslarla yaxından tanış etmək, mentorlarla birgə ixtisasların hazırkı və gələcək fəaliyyət istiqamətlərini müzakirə edərək, gəncləri maraqlandıran mühüm məsələlərlə aydınlıq gətirmək,  onları ətraflı məlumatlndırmaqdır.

Tezliklə baş tutacaq təlimin ilk qonaq-mentoru Aysel Azad “Sosial Medianın jurnalistikada rolu” mövzusuna toxunacaq. Qeyd edək ki, “ADU Poliqlot” qəzetində korrektor və Aztv kanalında müxbir kimi çalışan Aysel xanım hazırda Teleqraf Media Qrupda müxbir vəzifəsini icra edir.

Məkan: Globus Center 13-cü mərtəbə

Tarix: 15 yanvar, saat 14:00-da

Qeydiyyat linki:  https://forms.gle/ZkhZhDxaDvs1jRxC7

Son qeydiyyat tarixi: 14 yanvar, 23:59.

QEYDİYYATA TƏLƏSİN!

Təlim iştirakçıları müsahibə əsasında seçiləcək və yerlər məhduddur!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir