Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Küləkli hava şəraiti nə vaxta qədər davam edəcək?

Küləkli hava şəraiti sabah gündüz saatlarına qədər davam edəcək.

“İNFONEWS”-un məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında gün ərzində şimal-qərb küləyi əsəcək. Gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.

“Yanvarın 9-u səhər saatlarından başlayaraq külək mülayimləşəcək və cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 10-da da gün ərzində cənub-qərb küləyi əsəcək. Eyni zamanda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin bu gün axşam və yanvarın 9-da gecə saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir”, – o əlavə edib.

Qurum rəsmisi bildirib ki, rayonlarda da yaxın 2 gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

“Lakin bu gün axşam və ayın 9-u gecə bəzi yerlərdə yağıntı olacağı ehtimalı var. Bölgələrdə də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeronda gündüz 8-12 dərəcə, aran rayonlarında 10-15 dərəcə, dağlıq ərazilərdə isə 2-7 dərəcə isti olacaq” – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir