Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq
“İNFONEWS” xəbər verir.
Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir.
İlkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq.
Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir.
“Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut xətləri üzrə bilet satışının onlayn qaydada həyata keçirilməsi nəzərdə tutulur”, – məlumatda deyilir.