“Azəriqaz” keçən il 990 əməkdaşına töhmət verib
“İNFONEWS” xəbər verir.
“Azəriqaz” İstehsalat Birliyi ötən il yol verdiyi nöqsanlara görə 990 işçisinə töhmət verib.
Bunu birliyin baş direktoru Ruslan Əliyev deyib.
Baş direktor qeyd edib ki, töhmət almış işçilərdən 125-nə sonuncu xəbərdarlıq edilib, 220-nin əməkhaqqının 1/4-i tutulub. Əlavə olaraq 14 nəfər isə işdən çıxarılıb.