Ermənistan türk məhsullarını İran malları ilə əvəz edir

İNFONEWS “Azvision.az”-a istinadən xəbər verir ki, Ermənistan Türkiyə məhsullarını İran malları ilə əvəz edəcək.

İranın Ticarətin Təşviqi Təşkilatının rəsmi nümayəndəsi bildirib ki, Ermənistan 2250 adda türk malını İran məhsulları ilə əvəzləmək niyyətindədir.

“Bu, iranlı istehsalçılar üçün yaxşı bir fürsətdir”, – deyə məlumatda vurğulanıb.

Xatırladaq ki, yanvarın 1-dən Ermənistanda türk mallarının idxalına 6 aylıq müvəqqəti qadağa qüvvəyə minib. Qərar oktyabr ayında verilsə də, ticarət şirkətlərinə türk məhsullarını əvəz edə bilmələri üçün vaxt verilib.

Ermənistan son illərdə Türkiyədən təxminən 250 milyon dollarlıq mal idxal edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir