“Yuventus” oyunçusu Paulo Dibala ilə yeni müqavilə bağlamaqda israrlıdır.
İNFONEWS İtaliya mətbuatına istinadən xəbər verir ki, Turin təmsilçisi 27 yaşlı hücumçu ilə sözləşməni uzatmaq üçün danışıqları davam etdirir. Klub argentinalı oyuçuya illik 10 milyon avro maaş olmaqla 2025-ci ilin yayına qədər müddəti olan müqavilə təklif edib. Tərəflər razılaşsa, bonuslar da nəzərə alınmaqla onun ümumi qazancı 12 milyon avro təşkil edəcək.
Bir müddət əvvəl tərəflər razılaşa bilmədiyinə görə danışıqlar dondurulmuşdu. “Qoca sinyora” artıq Dibalaya illik 10 milyon avro maaş olmaqla 2025-ci ilin yayına qədər saziş təklif edib. Bonuslar da nəzərə alınmaqla məbləğ 12 milyon avro təşkil edəcək.
Qeyd edək ki, Paulo Dibalanın “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayına qədərdir.