Almaniyada Azərbaycanlı həkimlərin I forumu keçiriləcək

Almaniyada Azərbaycanlı həkimlərin I forumu keçiriləcək

“İNFONEWS” xəbər verir.

Almaniyanın Köln şəhərində Azərbaycanlı həkimlərin I forumu keçiriləcək.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, Komitənin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə martın 5-də keçiriləcək forumun əsas məqsədi Almaniyanın tibb ocaqlarında nüfuz sahibinə çevrilən azərbaycanlı elm adamlarını və gənc həkimləri bir araya gətirmək, elmi-praktiki mübadilənin aparılması, həkim soydaşlarımız arasında şəbəkələşmənin yaradılmasından ibarətdir. Forumda azərbaycanlı həkimlərin çıxışları dinləniləcək, tibb sahəsində əldə etdikləri son elmi-praktiki nailiyyətlər və yeniliklər təqdim olunacaq, müzakirələr aparılacaq. Tədbirdə, həmçinin xaricdə yaşayan həkim soydaşlarımızın Azərbaycan səhiyyəsinə bəxş edə biləcəkləri mühüm töhfələrə diqqət yönəldiləcək.

Qeyd edək ki, forumda Almaniyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən 250-yə yaxın azərbaycanlı həkimin iştirak etməsi nəzərdə tutulub. Forumda iştirak etmək üçün iştirakçılar https://ga-symposium.com  linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir