“Mugler” moda evinin sahibi məşhur Tyerri Myugler vəfat edib
“İNFONEWS” xəbər verir.
Fransalı modelyer, fotoqraf və “Mugler” moda evinin yaradıcısı Tyerri Myugler vəfat edib.
Bu barədə modelyerin feysbuk hesabında məlumat dərc olunub.
Bildirilib ki, o, ötən gün 74 yaşında təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, Tyerri 1973-cü ildə klassika və müasirliyin birləşməsinə əsaslanan ilk qadın geyim kolleksiyasını yaradıb. O, 1980-ci ildən etibarən məşhurlaşıb. 1992-ci ildə özünün ətir brendini qurub. O, dünyaca məşhur ulduzların – Beyons, Ledi Qaqa, İrina Şeyk, Meqan Foksun geyimlərini hazırlayıb.