“Facebook” erməni terrorçuya həsr olunmuş səhifəni bağlayıb
“Facebook” sosial şəbəkəsi erməni terrorçu Monte Melkonyana həsr olunmuş səhifəni bağlayıb.
“İNFONEWS”-un Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bu barədə Ermənistanın ombdusmanı Arman Tatoyan bildirib.
Qeyd olunur ki, səhifə azərbaycanlı istifadəçilərin şikayətindən sonra bloklanıb.
A.Tatoyanın sözlərinə görə, “Facebook” səhifənin bağlanması ilə bağlı hər hansı bir şərh verməyib.