Azərbaycan neftinin qiyməti ucuzlaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 2-də 93,65 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.
“İNFONEWS” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 92,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 86,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,32 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 91,94 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,33 dollar/barel azdır.