“Azərbaycan Aİ ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir”

“Azərbaycan Aİ ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir”

“İNFONEWS” xəbər verir.

“Azərbaycan Avropa İttifaqının ən etibarlı tərəfdaşlarındandır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı çərçivəsində Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşdən məmnunuq. Azərbaycan Avropa İttifaqı ilə faydalı əməkdaşlığa böyük diqqət yetirir”

Bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə birgə fevralın 4-də keçirilən mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, TAP layihəsinin son mərhələsində qazın Avropaya nəqli 2021-ci ilin ən böyük layihələrdəndir. Azərbaycan Avropanı 8, 2 milyard kubmetr qazla təmin edib və bunun həcmi daha da genişlənəcək.

Ceyhun Bayramov Qərbi Balkan ölkələrinin də Azərbaycan qazını almasında maraqlı olduqlarını qeyd edib.

Avropa İttifaqı Azərbaycanla hərtərəfli sazişin imzalanması ilə bağlı təkliflərini verib və bunun üzərində iş gedir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir