Ünvanlı sosial yardımın orta aylıq məbləği 282 manata çatıb

Ünvanlı sosial yardımın orta aylıq məbləği 282 manata çatıb

Digər sosial ödənişlər kimi, ünvanlı dövlət sosil yardımlarının məbləğində də artım tempi davam edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, 2022-ci ilin yanvar ayında bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 282 manata çatıb.

Ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi yeni Qanunla 17,6 faiz və ya 30 manat artırılaraq 2022-ci il üçün 200 manat məbləğində müəyyən edilib. Bu da cari ildə ünvanlı dövlət sosial yardımının məbləğində də növbəti artıma imkan verəcək.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir