Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Bazar gününə gözlənilən hava şəraiti açıqlanıb

Fevralın 6-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 05-dən 06-na keçən gecə yağışın bəzi yerlərdə sulu qara keçəcəyi, səhər kəsiləcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-9° isti olacaq. Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 80-90 %, gündüz 60-70 % olacaq.

Fevralın 06-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-10° isti, dağlarda 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir