Ərdoğan koronavirusa yoluxub
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həyat yoldaşı yeni növ koronavirus (COVID-19) infeksiyasının “omikron” ştammına yoluxub.
Bu barədə Türkiyə dövlət başçısı “Twitter” hesabında qeyd edib.
Ərdoğan bildirib ki, bu gün verdikləri COVID-19 testinin nəticəsi pozitiv çıxıb.
Prezident xəstəliyi yüngül keçirdiklərini, fəaliyyətini evdə davam etdirəcəyini qeyd edib.