Azərbaycanda 7704 nəfər COVID-19-a yoluxub, 23 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 691180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641538 nəfər müalicə olunaraq sağalıb, 8846 nəfər vəfat edib, aktiv xəstə sayı 40796 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20531, ötən müddət ərzində isə ümumilikdə 6248414 test aparılıb.