İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb

İmtahan kəsiri olan tələbələrin sayı açıqlanıb

“İNFONEWS” xəbər verir.

Ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 71 bal və yuxarı olan tələbələr Təhsil Tələbə Krediti Fondundan kredit götürə bilər.

Bunu Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev bu gün təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı təqdimatda deyib.

O qeyd edib ki, Azərbaycanda ümumilikdə təhsil haqqını ödəyən tələbələrin sayı 126 min 173 nəfərdir. “Tələbələrin 28674-ü akademik borcu olanlardır ki, bu da həmin tələbələrin 20-30 faizini təşkil edir.

41291-inin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Bu da 30-40 faiz təşkil edir”, – deyə o bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir