Gəncədə sahibsiz küçə heyvanlar üçün sığınacaq tikilir

Gəncədə sahibsiz küçə heyvanlar üçün sığınacaq tikilir

“İNFONEWS” xəbər verir.

Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə İctimai İştirakçılıq Məclisi və Gəncə şəhər Kəpəz Bələdiyyəsinin birgə təşəbbüsü ilə sahibsiz küçə heyvanlarının yerləşdirilməsi üçün sığınacaq inşa edilir. Tikinti işləri Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Təmir-bərpa və tikinti şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilir.

Şəhər icra hakimiyyətinin məlumata görə, ictimai əsaslarla fəaliyyət göstərəcək olan sığınacaqda ilkin olaraq 50 heyvanın yerləşdirilməsi üçün şərait yaradılacaq. Sığınacaqda heyvanların müəyyən edilmiş saatlarda qidalandırılması, baytar tərəfindən müayinə və müalicəsi, həmçinin peyvəndlənməsi təmin olunacaq.

Bir neçə həftədir davam edən tikinti-quraşdırma işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Gəncə-Samux yolu, Atabəylər prospektində yerləşən sığınacaq yaxın günlərdə fəaliyyətə başlayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir