“Gələcəkdə Şuşada da “TEKNOFEST” keçirilə bilər” – Nazir
“İNFONEWS” xəbər verir.
Gələcəkdə Şuşada, o cümlədən Qarabağda da “TEKNOFEST” Festivalı keçirilə bilər.
Bu barədə fevralın 7-də Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı ilə bağlı keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, festival çərçivəsində baş tutan müsabiqələrin bir qismi Qarabağda təşkil oluna bilər.