Azərbaycanda koronavirusa (COVID-19) 803 yeni yoluxma faktı qeydə alınıb, 2918 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “İNFONEWS”a verilən məlumata görə, 30 nəfər COVID-19-dan vəfat edib.
Aktiv xəstə sayı 22 689 nəfərə çatıb.
Ölkədə son sutka ərzində 6200, hazırkı dövrədək isə 2 210 426 test aparılıb.
Ümumi ölənlərin sayı 2 733 nəfərdir.
Ümumi yoluxanların sayı 220 265 nəfər, ümumi sağalanların sayı 194 843 nəfərdir.