Azərbaycanda 7632 nəfər COVID-19-a yoluxub, 24 nəfər vəfat edib
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 7632 yeni yoluxma faktı qeydə alınıb, 5797 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış nəfər 24 vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 725777 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 665909 nəfər müalicə olunaraq sağalıb, 8972 nəfər vəfat edib, aktiv xəstə sayı 50896 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19491, ötən müddət ərzində isə ümumilikdə 6335593 test aparılıb.