“Millət vəkilinin könüllüləri”- Gənclərə yeni layihə TƏKLİFİ

“Millət vəkilinin könüllüləri”- Gənclərə yeni layihə TƏKLİFİ

“İNFONEWS” xəbər verir.

Əziz gənclər,
Sizi, “Millət vəkilinin könüllüləri” adlı layihədə iştirak etməyə dəvət edirəm. 2022-ci il fevralın 1-dən martın 1-ə kimi davam edəcək layihədə iştirak etmək üçün Siz, şəxsi məlumatlarınız, dil bilikləriniz, idman, incəsənət və s. digər sahələrdəki bacarıqlarınız və ya nailiyyətləriniz haqqında məlumatları fotoşəkil ilə birlikdə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

Bunu Milli Məclisin VI çağırış deputatı Jalə Əhmədova öz şəxsi İnstagram hesabında paylaşım edib.

Gənclərə səslənən millət vəkili “Millət vəkilinin könüllüləri seçilən şəxslər deputatla birlikdə müxtəlif görüş və tədbirlərdə, layihələrdə iştirak etməklə təcrübə şansı qazanmış olacaq, habelə fəal könüllü olaraq millət vəkili tərəfindən sertifikatla təltif ediləcəklər” – vurğulayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir