11 Fevral vergi xidməti əməkdaşlarının peşə bayramı günüdür
“İNFONEWS” xəbər verir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölkə iqtisadiyyatının inkişafında və dövlət büdcəsi gəlirlərinin formalaşmasında vergi xidməti işçilərinin mühüm rolu nəzərə alınaraq hər il fevralın 11-də vergi xidməti işçilərinin peşə bayramı günü qeyd olunur.
Bu barədə sərəncam 2005-ci il fevralın 1-də prezident İlham Əliyev tərəfindən imzalanıb. Bu gün həmçinin, Prezidentin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vahid vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən, bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı Vergilər Nazirliyi yaradılıb.
Bu əlamətdar gün münasibətilə vergi xidməti işçilərini təbrik edir, ölkəmizin iqtisadi yüksəlişi yollarında onların hər birinə uğurlar arzulayırıq.