Sabahdan Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbuluna başlanılır

Sabahdan təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbuluna başlanılır

“İNFONEWS” xəbər verir.

Təhsil Nazirliyi dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi keçirəcək.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır.

Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu fevralın 15-dən martın 31-dək aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir