Bakıda “Akvarel təəssüratları” adlı satış sərgisi açılacaq

Bakıda “Akvarel təəssüratları” adlı satış sərgisi açılacaq

“İNFONEWS” xəbər verir.

Martın 1-də Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel Cəmiyyətinin (IWS Globe International Watercolor Society) 10 illik yubileyinə həsr olunmuş “Akvarel təəssüratları” adlı akvarel əsərlərdən ibarət satış sərgisi açılacaq.

Mərkəzdən bildirilib ki, sərgi Milli Məclisin Mədəniyyət komitəsi, Mədəniyyət Nazirliyi, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Beynəlxalq Akvarel Cəmiyyətinin Azərbaycan nümayəndəliyi (“IWS Azerbaijan”) və Xətai Sənət Mərkəzinin nəzdindəki Xətai Akvarel Qalereyasının təşkilatçılığı ilə ölkəmizdə sulu boya sənətinin inkişafı, təbliği və bu sahədə çalışan rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunacaq.

Sərgidə 60-a yaxın rəssamın 80-ə yaxın sənət əsəri sərgilənəcək.

Əsəri sərgilənən rəssamlara hədiyyələr, sertifikatlar və sərginin elektron kataloqu təqdim ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir