Bu dəfə də “Müqəddəs Valentin”i “Müqəddəs Sarkis günü” elədilər

Bu dəfə “Müqəddəs Valentin”i “Müqəddəs Sarkis günü” elədilər

“İNFONEWS” təqdim edir.

Nə qədər istəsək də, istəməsək də müasir dövrümüzə daxil olan bayramlardan biri də Müqəddəs Valentin, yaxud Sevgililər günüdür.

Və əlbəttə ki,bütün dünyanın təmtaraqla qeyd etdiyi belə bir bayramı olduqca qədim tarixləri ilə yalançı dastanlar yazan ermənilər diqqətdən kənarda qoya bilməzdilər.
Belə ki, artıq neçə illlərdir Ermənistanda katolik bayram olan Müqəddəs Valentin gününün alternativi kimi Müqəddəs Sarkis günü bayram edilir.
Məhz həmin gün Ermənistanda sevgililər və yeni evlənənlərə xeyir–dua verilən Müqəddəs Sarkis günü (Surb Sarkis) qeyd olunur.
Sərkərdə Sarkisin sevgililərin himayəçisinə çevrildiyini göstərən bir çox əfsanələr var. Lakin ən çox yayılmışlarından birini təqdim edirik.
Rəvayətə görə, Sarkis Aşıq Qəribin məhəbbətini xilas etməyə yardım göstərib. Kasıb şair zəngin qızı sevir. Qərib sevdiyi qızı tərk etməli və pul qazanmaq üçün uzaq ellərə yollanır, çünki atası qızını yoxsul adama ərə verməyə razı olmur. O, yola düşməzdən əvvəl sevgilisinin yeddi il onu gözləməsinə and verir və deyir ki, əgər həmin müddətdən bir gün belə geciksə, başqasına ərə gedə bilər. Qərib uzaq diyarda var-dövlət əldə edə bilir, amma geriyə dönəndə yolçuluğu ağır olur və sevgilisinin yanına çatmayacağını anlayıb, sərkərdədən kömək istəyir.
Sərkərdə Sarkis qar kimi ağappaq at üstündə peyda olur, Qəribi atına mindirir və bir göz qırpımında sevgilisinin yanına çatdırır. Vəziyyəti görən qızın atası bu möcüzəyə və şairin sevgisinə sədaqətini görüb gənclərə xeyir-dua verir.
Ermənilərin Müqəddəs Sarkis gününün qeyd olunması ilə bağlı bəzi inanclar da vardır. Öz qismətini tanımaq üçün həmin gün gənc oğlan və qızlar yatmazdan əvvəl duzlu kökə yeyər və su içmədən yatarlar. Yuxuda onlara gəlib su verən adam qisməti sayılır. Bu gün də həmin inancı etmək üçün minlərlə erməni gənci məhz bu günü gözləyir.
Başqa bir qədim inanca görə, niyyət tutmuş gənclər qovrulmuş buğda səpilmiş sinini evin damına, ya da eyvana qoyurlar. Səhər duranda Müqəddəs Sarkisin atının nal izi sinidə olarsa, deməli, həmin gəncin arzusu bu il həyata keçəcəkdir.
Bütün bu əfsanə və inanclarda erməni oğurluğunun dəsti-xətti açıq-aydın görünür. Türk mədəniyyətindən, şifahi xalq ədəbiyyatından mənimsəmələr göz qabağındadır.

Arzu Məmmədqızı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir