Sınaq imtahanlarının qiymətinin aşağı salınması təklif edilir

Sınaq imtahanlarının qiymətinin aşağı salınması təklif edilir

Qəbul imtahanlarından əvvəl keçirilən sınaq imtahanlarının qiymətinin aşağı salınması təklif edilir.

Bu təkliflə deputat Naqif Həmzəyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O qeyd edib ki, sınaq imtahanlarının qiyməti hazırda 40 manatdır: “Bu qiymətlər aşağı salınmalıdır ki, abituriyentlər daha çox sınaq imtahanında iştirak edə bilsinlər. Bu məsələnin diqqətdə saxlanılması və həll edilməsini xahiş edirəm”, – deyə deputat əlavə edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir