“Tərtər işi” ilə bağlı cinayət işi davam edir

“Tərtər işi” ilə bağlı cinayət işi davam edir

Baş Prokurorluq “Tərtər işi” ilə bağlı zərərçəkmişlərin sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yaydığı məlumatlara aydınlıq gətirib.

Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov bildirib ki, “Tərtər işi” ilə bağlı aktiv cinayət işi davam etdirilir:

“İş üzrə təqsirli olan bütün şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər aparılır. Cinayət işi ilə bağlı 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub. 4 nəfər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə həbs qətimkan tədbiri seçilib”,- deyə Əvəzov qeyd edib.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir