Qeyri-neft ixracında qeyri-neft sənaye məhsullarının payı 67 faizdən çox olub
Ölkəmizdə qeyri-neft sənayesinin inkişafı bu sahənin iqtisadi artımda rolunun artmasına mühüm təkan verir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
“Ötən il qeyri-neft sənaye məhsullarının ixracının cəmi qeyri-neft ixracında payı 67%-dən çox olub”, – nazir deyib.