Bizə yazırlar: “OBA”da niyə məsuliyyətdən boyun qaçırırlar?
“Həm məsuliyyətsizlik edirlər, həm də məsuliyyət daşımadıqlarını bildirirlər…”
“İNFONEWS” -un İctimai Nəzarət Mərkəzinin “Bizə yazırlar” rubrikası təqdim edir.
Müasir dövrdə market açmaq elə də çətin deyil, amma alıcılara qaydalı, keyfiyyətli, məsuliyyətli xidmət göstərmək asan sayılmaz.
Redaksiyamıza “OBA” Marketlər şəbəkəsinin Bakının Yasamal rayonundakı marketlərindən birində çəkilən şəkillər daxil olub. Görüntülərdə açıq-aydın görsənir ki, mağazanın girişində əşyaları qoymaq üçün nəzərdə tutulan şkafların dolablarının açarları yoxdur və alıcıların əşyalarına nəzarət edə biləcək kameralar quraşdırılmayıb. Bu az imiş kimi, hələ elan da yazıb vurulub ki,
“Hörmətli alıcılar, mağazanın müdüriyyəti dolablarda saxladığınız sənədlərə, pula və digər əşyalara görə məsuliyyət daşımır”.
Maraqlıdır ki, mağaza rəhbərliyi tərəfindən dolabların açarı niyə yığışdırılıb və həmin hissədə kamera niyə quraşdırılmayıb?
Bu halla bağlı qanunvericilikdə hər hansı bir tənzimləmə olmasa belə, vəziyyət heç də etik deyil.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Məsələni diqqətdə saxlayacağıq…
Fotogörüntüləri təqdim edirik: