“Xocalını unutmamaq və unutdurmamaq üçün güclü olmalıyıq”
“İNFONEWS” xəbər verir.
Xocalı soyqırımı dünya tarixində, insanlıq tarixində utanılacaq bir qara bir ləkəlidir. Bu hadisəni unutmamaq və unutdurmamaq üçün güclü olmalıyıq. Tarix göstərdi ki, türk xalqlarının zəifliyi onlar üçün tragediyalara səbəb olur. Xocalı soyqırımını unutmamalıyıq ki, bir daha belə acılar yaşanmasın.
Bu fikirləri açıqlamasında Osmaniyə Korkut Ata Universitetinin rektoru professor Turqay Uzun ifadə edib.
Güclü olmağın real nümunəsinin Vətən müharibəsində ortaya çıxdığının diqqətə çatdıran rektor deyib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi Azərbaycan-Türkiyə qardaşlığının təntənəsidir.
Qeyd edək ki, Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı məlum Sərəncama uyğun olaraq, “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində rektor Turqay Uzunun iştirakı ilə fevralın 16-da Osmaniyə Korkut Ata Universitetində “Xocalı soyqırımı otuzuncu ildönümündə və Türkiyə-Azərbaycan əlaqələri” mövzusunda konfrans keçirilib.
(AZƏRTAC)