Etibar Əliyev AMEA-nın nobelçı alim yetişdirə bilməməsindən danışdı
“İNFONEWS” xəbər verir.
“Azərbaycan Milli Elmlər Akademiyası haqqında söhbətlərdə alimlərimizdən biri deyir ki, bu qurum hələ indiyə qədər bir Nobel laureatı yetişdirə bilməyib. Hiss olunur ki, zarafat etmir. Nobel mükafatı haqqında təsəvvürü də məhduddur… Müsəlman dünyasından elm sahələri üzrə üç Nobel mükafatı laureatı var: fizika üzrə Əbdüs Salam tədqiqatlarını Kembric Universitetində, kimya üzrə Əhməd Zevayl tədqiqatlarını Kaliforniya Texnologiya institutunda, Əziz Sancar isə tədqiqatlarını Şimali Korolina Universitetində aparıb. Özlem Tureçi və Uğur Şahin koronavirusa qarşı vaksini Almaniyada kəşf ediblər”
Bunu millət vəkili Etibar Əliyev söyləyib.
“Bizim qarşımızda duran əsas məqsədlərdən biri istedadları aşkarlayıb dünyanın aparıcı universitetlərinə təhsil almaq üçün göndərməkdir” – bunu 123 il öncə böyük Əli bəy Hüsenzadə “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” məqaləsində yazıb.
İstedadlı alimlərimiz xaricdə çoxdur. lakin ölkə ilə əlaqələri zəifdir. Əbdüs Salam, Əhməd Zevayl və Əziz Sancar bütün qazanclarını gənc alimlərin yetişməsinə sərf ediblər…” – deyə, Etibar Əliyev əlavə edib.