“Strichting TogetherStrong Assosiasiyası” Xocalı soyqırımı ilə bağlı niderlandlı parlamentarilərə MÜRACİƏT GÖNDƏRDİ
“İNFONEWS” xəbər verir.
Niderland Karllığında fəaliyyət göstərən “Strichting TogetherStrong” Assosiasiyası Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar bu ölkənin parlamentinin Xarici İşlər üzrə Komissiyasına burada yaşayan azərbaycanlılar adından müraciət göndərib.
Bu haqda Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi və “Strichting TogetherStrong” Assosiasiyanın təsisçisi İlhana Qoca məlumat verib.
O, bildirib ki, əsas məqsəd niderlandlı parlamentarilərlə görüşmək və onlara Xocalı faciəsi haqqında ətraflı məlumat verməkdir. Eləcə də parlamentarilər tərəfindən Xocalı soyqırımının Niderland parlamentində tanıdılmasına nail olmaqdır. Həmçinin, görüş çərçivəsində Assosiasiyanın təsisçisi İlhana Qoca tərəfindən niderland dilinə tərcümə edilmiş “Xocalı: Şahidlər danışır” kitabı yerli deputatlara çatdırılması nəzərdə tutulub.
Niderlandlı parlamentari Vera Bergkampa xüsusi müraciət göndərilib. Müraciətdə parlamentin qərəzli mövqeyinin Azərbaycan mənşəli niderlandlılar üçün ağır olduğu göstərilərək, onların əksəriyyətinin Qarabağdan, Xocalıdan və Ermənistandan didərgin salındıqları qeyd edilib. Bildirilib ki, Niderland Azərbaycanlıları İcması üzvlərinin səsi eşidilməli və Xocalı soyqırımı parlamentdə müzakirəyə çıxarılmalı və tanınmalıdır.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi dövründə də “Strichting TogetherStrong” Assosiasiyası fəaliyyətini intensivləşdirərək, yerli mediada ölkəmizlə bağlı reallıqların işıqlandırılmasına nail olaraq, Azərbaycan reallıqları, 30 ilə yaxın işğal altında olmuş torpaqların ermənilər tərəfindən tamamilə minalandığı, Qarabağda törədilən urbisidlərlə bağlı məlumatları geniş izləyici auditoriyasına təqdim edib.