Azərbaycanda son sutkada 3817 nəfər koronavirusa yoluxub
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3817 yeni yoluxma faktı qeydə alınıb, 7541 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 768019 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 720865 nəfər müalicə olunaraq sağalıb, 9182 nəfər vəfat edib, aktiv xəstə sayı 37972 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12451, ötən müddət ərzində isə ümumilikdə 6459513 test aparılıb.