Dünyanın yeni pandemiyaya hazır deyil-ÜST baş direktoru

Dünyanın yeni pandemiyaya hazır deyil-ÜST baş direktoru

Dünya COVID-19 pandemiyasından sonra baş verə biləcək yeni bir pandemiyaya hazır deyil.

Bunu Münhen Təhlükəsizlik Konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Forumda çıxış edən ÜST rəhbərindən yeni pandemiyanın qarşısının alınmasının mümkün olub-olmadığı soruşulub. Suala cavab verən T.Qebreyesus bildirib ki, hər şey seçimimizdən və nə qədər hazır olduğumuzdan asılıdır. “Biz uzun müddətdir deyirdik ki, dünya hazır deyil və anidən pandemiya bşaladı. Mən hələ də dünyanın hazır olmadığını görmürəm və bu məni narahat edir”, – deyə ÜST-nin baş direktoru bildirib.

T.Qebreyesus pandemiyala hazırlığa adekvat investisiya yatırımının olmamasına diqqət yetirib: “Bu vəziyyətdə pandemiyaya hazır olmaq mümkündürmü? Düşünmürəm”.

“İNFONEWS”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir