Makron Putinlə telefonla danışmaq niyyətindədir
Fransa Prezidenti Emmanuel Makron bazar günü Rusiya Prezidenti Vladimir Putinlə telefon danışıqları aparmaq niyyətindədir.
“Agence France-Presse” agentliyinin məlumatına görə, bu barədə Yelisey sarayından bildiriblər.
Məlumata əsasən, bir gün əvvəl, şənbə günü E.Makron Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
E.Makronun administrasiyasından bildiriblər ki, Avropa qitəsində təhlükəsizlik sahəsində sabitliyi pozacaq qarşıdurmadan yayınmaq üçün hər fürsətdən istifadə edilməlidir.